Son illər dünyada müxtəlif kriteriyalara əsasən ali məktəblərin reytinqlərinin müəyyən edilməsi çox papulyar olubdur. İnkişaf etmiş dövlətlərdə bu tədqiqat daha çox universitetlərin kommersiya maraqlarına xidmət edir və onlar üçün prestij, reklam rolunu oynayir. SSRİ dövləti dağıldıqdan sonra hal-hazırkı MDB məkaninda ali təhsilin məzmunu, keyfiyyəti çox dəyişmişdir.
Dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblər yaranmış, ayrı-ayrı istisnalar olmaqla , ümumi halda ali təhsilin səviyyəsi aşagı düşmüşdür. Respublikamızda ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas instrumentlərindən biri kütləvi informasiya vasitələrində nəşr edilən ali məktəblərin reytinqi haqqında informasiya ola bilər. Reytingi təyin etmənin əsas məqsədləri:
- qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim olunması (abituriyentə və onların valideynlərinə; siyasətçilərə, fondlara, işverənlərə, beynəlxalq təşkilatlara);
- ali təhsil müəssisələrinin inkişafını stimullaşdırmaq və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etmək;
- ali məktəb daxili keyfiyyətartırılma mərkəzlərinin yaradılmasına və inkişafına təkan.
Tanınmış beynəlxalq ali təhsil reytinq layihələrinə misal:
- THES/QS reytinqi THES (The Times Higher Education Supplement - Times qəzetinin ali təhsil əlavəsi) və QS (Quacquarelli Symonds – təhsilin beynəlxalq problemlərin ilə məşğul olan kompaniya) birgə layihəsi olaraq 2004-cü ildən mövcuddur.
- Çin universiteti Szyao Tunun (Jiao Tong) ali təhsil institutu 2003-cü ildən başlayaraq öz reytinqlərini nəşr etdirir.
- Vebometriks Cybermetrics Lab-ın layihəsi olaraq 2004-cü ildən fəaliyyət göstərir. Burada ali məktəblərin reytinqi onların internet səhifələrinin verilənləri ilə, yəni ali məktəbin veb-aktivliyi, elektron nəşrlərin sayı, sayta müraciətin sayı və s. müəyyən edilir.
- Rusiyada 2003 –ci ildən başlayaraq Təhsil nazirliyi ali məktəblərin reytinqini keçirərək nəticələri nəşr edir. Bununla yanaşı 2004-cü ildən başlayaraq Vladimir Potaninin Xeyriyyə Fondu tərəfindən hazırlanan Rusiyanın aparıcı ali məktəblərinin kompleks reytinqi xüsusi rol oynayır. Bu reytinq hər tədris ilinin sonunda federal təqaüd proqramının nəticələrinə görə hazırlanır. Rusiyada ali məktəblərin başqa bir reytinqi “ReytOR” müstəqil reytinq agentliyi tərəfindən nəşr olunur.
5.Qazaxstan Respublikasında ali təhsil müəssisələrinin ranqlaşdırılması 2006-cı ildən başlayaraq həyata keçirilir. Bu proses Qazaxstan Təhsil və Elm Nazirliyinin Milli Akkreditasiya Mərkəzi(MAM) tərəfindən həyata keçirilir. MAMın metodikası təhsil sahəsində dünyanın aparıcı dövlətlərinin reytinqlərinin hazırlanması sahəsindəki nailiyyətlərinə əsaslanaraq hazırlanmışdır.