Azərbaycanın Elmi Diasporu

Select your language

“Azərbaycanın elmi diasporu”internet layihəsi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olnmuşdur. Azərbaycan Texniki Universitetinin bu layihədə tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsidir.

Layihənin məqsədi hal-hazırda ölkəmizdən xaricdə yaşayan azərbaycanlı alimlərin virtual şəbəkəsini yaratmaq, onları ölkəmizdə fəaliyyət göstərən alimlərlə birgə tədqiqatlar, layihələr işləməsi üçün tanıtmaq, əlaqələrin qurulmasına dəstək verməkdir. Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin diaspor xəritəsində dünyanın müxtəlif ölkələrində 561 diaspor təşkilatının fəaliyyət göstərdiyi bildirilir. Layihənin işçi qrupu bu təşkilatlarla əlaqə quraraq ölkələrində yaşayan azərbaycanlı alimlərla əlaqə yaratmaq, onların saytda qeydiyyatdan keçərək özləri haqda ətraflı məlumat yerləşdirməyi təklif edəcəklər. Layihə haqda məlumatı olan hər kəs saytın administratorunun icazəsindən sonra özü haqda ətraflı məlumat yerləşdirə biləcəkdir. Layihədə həm də beynəlxalq reytinq tədqiqatlarında universitetlərimizin qiymətləndirilməsi üçün azərbaycanın elmi diasporundan istifadə nəzərdə tutulur. Müxtəlif beynəlxalq platformalarda elmi diaspordan istifadə də layihənin prioritet məsələlərindəndir.

Üzvlərin ad günləri

No upcoming Birthdays

Ölkələr

Türkiyə
Rusiya
ABŞ
Avropa
Asiya