“Azərbaycanın elmi diasporu”internet layihəsi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olnmuşdur. Azərbaycan Texniki Universitetinin bu layihədə tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsidir.
Layihənin məqsədi hal-hazırda ölkəmizdən xaricdə yaşayan azərbaycanlı alimlərin virtual şəbəkəsini yaratmaq, onları ölkəmizdə fəaliyyət göstərən alimlərlə birgə tədqiqatlar, layihələr işləməsi üçün tanıtmaq, əlaqələrin qurulmasına dəstək verməkdir. Layihədə həm də beynəlxalq reytinq tədqiqatlarında universitetlərimizin qiymətləndirilməsi üçün azərbaycanın elmi diasporundan istifadə nəzərdə tutulur. Müxtəlif beynəlxalq platformalarda elmi diaspordan istifadə də layihənin prioritet məsələlərindəndir.