Azərbaycanın Elmi Diasporu

Select your language

Son üç ildə 1321 nəfərə elmi dərəcə verilib

2020-2023-cü illərdə (30 iyunadək) elmi dərəcələr və elmi adlar verilmiş, yaxud verilməsindən imtina edilmiş, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədin tanınması və ya tanınmasından imtina edilən iddiaçıların sayı açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, 2020-2023-cü illərdə (30 iyunadək) ərzində 1117 nəfərə fəlsəfə doktoru, 204 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 545 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 61 nəfərə imtina cavabı gəlib.

Həmçinin 435 nəfərə dosent, 79 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 87 iddiaçıya, professor elmi adı almaq istəyən 24 iddiaçıya imtina cavabı verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 89 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru, 1 nəfərə dosent, 2 nəfərə professor adı verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 26 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina verilib.

Üzvlərin ad günləri

Ölkələr

Türkiyə
Rusiya
ABŞ
Avropa
Asiya